İŞİD Kəbəni uçurtmağa qərar verdi – Foto

Terrorçu qruplaşma Ərəbistana daxil oldu

İŞİD terror qruplaşması Səudiyyə Ərəbistanına hücumlarının uğurlu olması halında Kəbə evini dağıdacaqlarını açıqlayıb. Maide.az-ın Abna saytına istinadən verdiyi məlumata görə, terrorçu vəhhabilərdən ibarət İŞİD qruplaşması Ənbar səhralığından keçib Səudiyyə Ərəbistanının Urur şəhərini işğal etdikdən sonra Kəbəni məhv etməyə qərar verib.

İŞİD üzvlərindən biri Allah evinin dağıdılması ilə bağlı açıqlama verərək bildirib: "Allahın icazəsi və Şeyximiz Əl-Bağdadinin rəhbərliyi ilə daşlara ibadət edənləri (hacıları - red.) öldürəcəyik və Kəbəni məhv edəcəyik. Çünki Allahın yerinə ibadət olunur."

Qeyd edək ki, İŞİD İraqın qərbində sıxışdırlandan sonra Ərəbistan sərhədində yerləşən Urur şəhərini işğal edib.

İŞİD terrorçularının bu təhdidindən sonra Səuddiyyə Ərəbistanı kralı Məlik Abdula Bin Əbdüləziz bəyanat yayıb. Bəyanatda bildirilir: "Terroru qəbul etmirəm. İcazə verməyəcəm terrorist qruplaşmalar din adından öz şəxsi mənafeləri üçün istifadə etsinlər. Biz xalqın köməyi ilə bu terrorçuları ölkəmizdən qovacağıq. "

Google+ WhatsApp ok.ru