İŞİD Kərkükə hücum etdi, 4 iranlı texnik öldürüldü

İŞİD Kərkükə hücum etdi, 4 iranlı texnik öldürüldü

Terror təşkilatı İŞİD-in Kərkükdəki üzvləri şəhər mərkəzindəki təhlükəsizlik qüvvələrinə aid binalara hücum edib. Ardıcıl hücumlar nəticəsində şəhərdə küçəyə çıxmağa qadağa qoyulub.
 
Digər tərəfdən Kərkükün şimalında yerləşən bölgədə elektrik stansiyasına hücum edən İŞİD terrorçuları 12 iraqlı və 4 iranlı texniki öldürüb. Bu barədə Kərkük şəhərinin bölgə üzrə nümayəndəsi məlumat verib.
 
Maide.Az xəbər verir ki, bu gün səhər saatlarında İŞİD terrorçularının Kərkükdə yerləşən elektrik stansiyasına hücumu nəticəsində 16 nəfər həyatını itirib.
 
Kərkük şəhər polisindən verilən açıqlamada bildirilib ki,  qısa zamanda şəhərdə təhlükəsizlik tam təmin olunacaq.
 
Qeyd edək ki, qarşıdurmalar nəticəsində 4 İŞİD terrorçusunun zərərsizləşdirildiyi bildirilib. (Presstv) /
 
 
 
 
 
حمله داعش به کرکوک
 
 

Google+ WhatsApp ok.ru