DİM-dən xəbərdarlıq: Vaxt bu gün bitir 30 Avqust 2017 01:00 Elm, Təhsil Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir. Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaq. / Teqlər : #DİMdən xəbərdarlıq: Vaxt bu gün bitir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru I sinfə qeydiyyata gecikən valideynlər nə etməlidir? Tələbələrə nəqliyyat güzəşti verilə bilər - DANIŞIQLAR APARILIR