ÜDM 2,8 faiz artıb

ÜDM 2,8 faiz artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ümumi daxili məhsul istehsalı 12,5 milyard manat (7,4 milyard ABŞ dolları) təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,8% çoxdur.
 
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.ÜDM istehsalında qeyri-neft və qaz sektorunun payı 60%-ə çatıb. Bu il qeyri-neft və qaz ÜDM-in istehsalı 7 milyard 554,2 milyon manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7% çoxdur.
 
Bu ilin iki ayında bir nəfərə düşən ÜDM 1 263,7 manat (743.3 dollar) təşkil edib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,9% çoxdur. /contact.az /

Google+ WhatsApp ok.ru