Düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü ələ keçirilib 27 Dekabr 2014 02:00 Hərb Müdafiə Nazirliyi bildirir ki, 26 dekabr axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb. Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib. Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır. Teqlər : #Düşmənin kəşfiyyattəxribat qrupunun üzvü ələ keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən bu gecə yatmayıb Cəbhəyanı ərazilərimiz minalardan təmizlənir
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'