Düşmənlər istəmir ki, İslamı dünya və xalqlar tanısın

“Bu gün İslam dünyası, hətta bütün bəşəriyyət İran xalqının şüarlarına ehtiyaclıdır. Bu gün dünya eqoizm və tamahkarlığın qurbanı olaraq əzab çəkir. Müasir dünya yeni və dağıdıcı vasitələrlə fəzilətləri dərk etməyən həvəsbaz insanların ixtiyarındadır. Onlar insanlıqdan xəbərsizdir. Belə bir dünyada İslamın azadlıq fəryadı ucalanda, İslam bayrağı qalxanda hamının diqqəti onu cəlb olunur. Düşmənlər buna reaksiya göstərir. İslamı gözdən salmaq üçün incəsənətdən, hərbdən, siyasətdən, bütün mümkün vasitələrdən istifadə edirlər.
 
Bu gün dünyanın incəsənət mərkəzlərində istifadə olunan əsas işlərdən biri islamafobiya, insanlarda İslama münasibətdə qorxu yaratmaqdır. Nə üçün? Əgər İslam dünya imperializminin mənafelərinə qarşı çıxmasaydı belə reaksiyalar olmazdı.
 
Görürsünüz ki, müxtəlif qrupları İslam adı altında, İslam hökuməti adlandıraraq silahlandırır, himayə edir, onların əli ilə qətliamlar aparır, ölkələrdəki sabitliyi pozurlar. Bu İslamın nüfuzundan qorxunu göstərir. Həqiqi İslamdan qorxurlar. O İslam ki, sizdən əvvəlki nəsil bu İslamla döyüş meydanlarına çıxdı, siyasət və inqilabda söz sahibi oldu, özünü dünyaya göstərdi.
 
Burada əziz gənclərin qeyd etdiyi kimi siz böyük şəhidlərin varislərisiniz. İslamın müsajı bəşəriyyət üçün asayiş, izzət, şərəf, sabit həyat mesajıdır. Düşmənlər istəmir ki, bu İslamı dünya və xalqlar tanısın.”
 
İslam İnqilabının rəhbəri, Ali Lider Əli Xamenei

Google+ WhatsApp ok.ru