Düşmənlərin əsas məqsədi İranda elmi hərəkətin dayandırılmasıdır- FOTO

Düşmənlərin əsas məqsədi İranda elmi hərəkətin dayandırılmasıdır- FOTO

Ali Rəhbər qloballaşma mövzusu və Amerika və Avropanın İranı dünyaya inteqrasiyaya çağırmalarının asılılıq mədəniyyətinin yenidən istehsalının bariz nümunəsi olduğunu bildirib.
 
Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Xamenei bu gün elmi istedadlarla görüşündə xatırladıb: "Qərbin dünyaya inteqrasiya adlandırdığı cərəyana qoşulmaqla müxalifət, xaric ilə əlaqələrə qarşı çıxmaq demək deyil, əslində bu supergüclərin ölkənin siyasəti, iqtisadiyyatı və təhlükəsizliyinə qəbul etdirmək istədiyi mədəniyyət qarşısında müqavimətdir". 
 
 Ayətullah Xamenei şeytani güclərin hər hansı müxalif hərəkətə düşmən olduqlarını bildirərək xatırladıb: "Bir Amerika rəsmisinin, müqaviməti dəstəkləməsinə görə İrana qarşı sanksiyaların davam etdirilməsi təklifi, Amerikaya olan bədbinliyin reallığıdır".
 
Ali Rəhbər, Avropa Birliyinin İranın böyük potensiallarına toxunan son bəyanatını xatırladaraq deyib: "İranın tərəqqi imkanları, təbii və insani resursları barədə deyilənlər boş sözlər deyil, bunlar Qərbin də etiraf etdiyi reallıqlardır". 
 
Ayətullah Xamenei söhbətinin davamında təkidlə bunu bildirib ki, amerikanlar mütləq belə bir tərəqqi imkanı və İslam təməlli hökuməti olan İranla mübarizə edəcək və bu önəmli cəhətin gənc istedadlar tərəfindən dərk və təhlil edilməsi onların üzərinə düşən tarixi vəzifələrini yerinə yetirməkdə yardımçı olacaq". 
 
Ayətullah Xamenei bəşəriyyətin bu gün düçar olduğu müsibətlər və problemlərə, maddi düşüncələrin dalana dirənməsinə toxunaraq, dünyanın bəşəri və beynəlxalq məsələlərdə yeni bir ideyaya ehtiyaclı olduğunu vurğulayaraq bildirib: "ABŞ-da seçki rəqabətləri və prezidentliyə iki namzəd arasında gedən deyişmələrdə əksini tapan mövzular güc sahiblərində mənəvi və iman boşluğunun aşkar nümunəsidir". 
 
Ali Rəhbər həmçinin bunu xatırladıb: "Qarşıdakı həftələrdə bu namizədlərdən biri gücə, sərvətə, atom silahlarına və dünyanın ən iri medialarına malik olan bir ölkənin prezidenti olacaq". 
 
Ayətullah Xamenei dövlət rəsmilərinin gənc istedadlara xüsusi diqqət ayırmasının vacibliyinin səbəblərini açıqlayaraq, bunu İslam Respublikasının qarşısında duran böyük məqsədlər sırasında duran məsələlərdən adlandırıb və deyib: "İran İslam Respublikası inkişaf etmiş, güclü, şərəfli, yeni idealı, izzətli, izzət hissinə malik, mənəviyyət və imanla aşıb daşan, yeni İslam sivilizasiyası bayrağını ucaldan ölkəyə çevrilməlidir". 
 
Ayətullah Xamenei İranda elmi hərəkətin dayandırılmasını düşmənlərin əsas məqsədi adlandırıb və bildirib: "Bu məqsədi reallaşdırmaqda nakam qalarlarsa, onu yolundan yayındırmağa cəhd göstərəcəklər, bu da alınmazsa onu bədnam etmək və ləkələmək üzərində işləyəcəklər". 
 
Ali Rəhbər beynəlxalq mərkəzlərin hesabatlarına istinadla İranın elmi inkişafının müəyyən bir dövrdə dünyanın orta göstəricisindən 13 dəfə çox olduğunu və bu sahədə sürətin azalmaması, əksinə daha da artmalı olduğunu vurğulayıb. 
 
Ayətullah Xamenei həmçinin gənc istedadları Allahın dəyərli hədiyyələri və dövlət rəsmiləri üçün əmanəti adlandıraraq  elmi camiə və istedadları müdafiəsindən bir an belə əsirgəməyəcəklərini bildirib. /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru