Düşmən yaşayış məntəqələrini atəşə tutub

Düşmən yaşayış məntəqələrini atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.
 
Maide.İnfo xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.
 
Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur. /

Google+ WhatsApp ok.ru