Düşmənə və onların düşmənçiliyinə mane olan  şey xalqın  imanı, fədakarlığı və şücaət ruhudur -FOTO

Düşmənə və onların düşmənçiliyinə mane olan şey xalqın imanı, fədakarlığı və şücaət ruhudur -FOTO

-- Şəhid ailələri ilə görüş

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün  bir qrup şəhid ailələri ilə görüşüb. 

Miade.Az “leader.ir” saytına istinadən xəbər verir ki, görüş zamanı Ayətullah Xamenei  bildirib ki,  İran xalqı öz inkişafını, izzət və sabitliyini  şəhidlərin fədakarlıq və şücaətinə borcludur. 
 
İranda baş vermiş son hadisələrə toxunan Ayətullah Xamenei bildirib ki, düşmən və onların düşmənçiliyinə mane olan  şey xalqın  imanı, fədakarlığı və şücaət ruhudur. 
 
Ayətullah Xamenei bildirib ki,  bu bir həqiqətdir ki, düşmən bir fürsət axtarır.  “Düşmən həmişə fürsət, bir çat axtarır ki, oradan içəri soxulub İran millətinə zərbə vursun.  İran düşmənləri müxtəlif vasitələr  o cümlədən pulu, silahı, siyasi rıçaqları və kəşfiyyat xidmətləri ilə əl-ələ veriblər ki, bəlkə İslam Respublikasına problem yarada bildilər." 
 
Ayətullah Xamenei qeyd edib ki, inşallah mənim bu son hadisələr haqda deyəcəyim sözlər var ki, xalqla bu haqda zamanında söhbət edəcəyəm. "Iran xalqı evindən və ailəsindən ürəyini üzərək qərb, şərq və regionun irticaçıları tərəfindən dəstəklənən xəbis düşmən qarşısında sinəsini sipər etmiş şəhidlərə sonsuza qədər borcludur." 
 
Ali Rəhbər Qərbi Asiya və Şimali Afrika region ölkələrində  baş verən hadisələrə toxunub və bildirib ki,  İran – İraq müharibəsində Bəəs düşməninin ayağı ölkəyə açılsaydı heç bir şeyə rəhm etməyəcəkdi.  İranın durumu Liviya və Suriyanın bu günkü  durumundan daha pis olacaqdı.

 

 

 

 

Google+ WhatsApp ok.ru