Düşmənlə üz-üzə dayanan hərbçilərimizə iki dəfə məzuniyyət veriləcək

Düşmənlə üz-üzə dayanan hərbçilərimizə iki dəfə məzuniyyət veriləcək

Düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin tərkibində döyüş tapşırıqlarını yerinə yetirən müddətli hərbi xidmət xidmət qulluqçularına xidmət müddətində ikinci növbəti məzuniyyətin verilməsi təklif edilir.
 
Maide.Az  məlumat verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman)  2018-ci ilin illik məruzəsində qeyd edilib.
 
Sənəddə  göstərilib ki, düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin tərkibində döyüş tapşırıqlarını yerinə yetirən hərbi qulluqçular üçün  xüsusi fərqləndirici (həvəsləndirici) döş nişanlarının təsis olunması, habelə həmin mövqelərdə xidmət edən müddətli hərbi xidmət xidmət qulluqçularına xidmət müddətində ikinci növbəti məzuniyyət müəyyən edilsin.
 
Ombudsmanın  2018-ci ilin illik məruzəsi Milli Məclisin martın 5-də keçiriləcək iclasında müzakirə ediləcək.
 

Google+ WhatsApp ok.ru