DİM abituriyentlərə müraciət edib

DİM abituriyentlərə müraciət edib

DİM ali məktəblərə müsabiqədənkənar qəbul olunacaq abituriyentlərə müraciət edib
 
Bu kateqoriyadan olan abituriyentlər aprelin 5-dən 16-dək sənədlərini müvafiq quruma təqdim etməlidir.
 
Dövlət İmtahan Mərkəzi (DİM) dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib.
 
DİM-dən “Report”a verilən məlumata görə, “Təhsil haqqında” qanuna əsasən, qaliblər müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunur.
 
Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər aprelin 5-dən 16-dək sənədlərini Dövlət İmtahan Mərkəzinə və ya DİM-in Regional Bölməsinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə) təqdim etməlidir.
 
Sənədlərə 2017-ci il martın 16-dan aprelin 10-dək ümumi qaydada təsdiq olunan “Abituriyentin elektron ərizəsi” formasının surəti və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti (diplom, yarışın protokolu) daxildir. /

Google+ WhatsApp ok.ru