1. Dinin dirçəlişi və Yezid rejiminin süqutu

1. Dinin dirçəlişi və Yezid rejiminin süqutu

Kərbəla inqilabı – Siyasi və ictimai təsirlər

Bütün şiə və əksər əhli-sünnə alimlərinin açıq-aydın qeydlərinə əsasən, Yezid kafir, rejimi isə fasid olduğundan, onun əleyhinə cihad zərurət daşıyır və danılmaz vacib bir əməl sayılırdı. İmam Hüseyn (ə) şəri-dini vəzifəsinə əməl etmək “əmr be məruf” (yaxşılığa dəvət) və “nəhy əz münkər” (çirkinlikdən çəkindirmə), Allah və Peyğəmbər (s) tərəfindən məmur olunmaq, Kufə əhalisinin dəvətini icra etmək və bu kimi müxtəlif səbəblər üzündən inqilaba əl atdı, inqilabında bütün lazımi cəhətləri nəzərə aldı, mövcud şəraiti də hamıdan yaxşı dərk edir və hesablamalarında azacıq səhv və qəflətə düşmədi. Ümumiyyətlə, müxtəlif şiə və əhli-sünnə mənbələrində o Həzrətin öz dilindən nəql olunan Kərbəla inqilabının fəlsəfəsi bütün şübhələrə tutarlı cavabdır və bu inqilabın müsbət ictimai və siyasi təsirlərindən biri dinin dirçəlişi və Yezid rejiminin süqutudur.

Müaviyədən sonra Yezidin hakimiyyəti dini xilafət və İslam quruluşu iddiası edir və din adı ilə İslam ümmətinə hökmranlıq etmək istəyirdi. Yezid özünü Peyğəmbərin (s) canişini, hakimiyyətini “raşidin” xəlifələrinin xilafəti və Peyğəmbərin (s) risalətinin davamı hesab edirdi. İmam Hüseyn (ə) Yezidlə beyətdən imtina etmək və Mədinədən Məkkəyə, Məkkədən də Kərbəlaya və “Aşura” gününə qədər Yezidin fəsad və çirkinliklərini ifşa edərək, dini onun bidət və azğınlıqlarından təmizləyir, onu İslam və onun inancları və adət-ənənələrindən qırılmış bir şəxs tanıtdırırdı. O Həzrət müsəlmanlara xəbərdarlıq edirdi ki, həqiqi İslamı Əməvilər İslamından, Yezidin rəftar və sözlərindən ayırsın və inhirafa yuvarlanmasınlar.

İmam Hüseyn (ə) Yezid və onun məmurlarının əli ilə şəhadətə çatmaqla o Həzrətin kəlamlarının doğruluğu hamıya aydın oldu, müsəlmanların dərin qəflət yuxusu tarixin yaddaşından əbədi olaraq həkk olunan misilsiz xəbərdarlıq siqnalı ilə pozuldu. Bəziləri Kərbəla inqilabından sonra dinlə siyasəti ayrı bilib siyasət vasitəsilə dini əldə etməyi mümkünsüz və hətta dinlə siyasəti iki müxalif qütb hesab etdilər. Bəziləri siyasətə dini don geyindirmək üçün Əməvilər hakimiyyətinin əleyhinə qiyam etdilər. Buna “Təvvabin”, Müxtar Səqəfi və Zeyd ibn Əli ibn Hüseyn (ə), Yəhya ibn Zeyd və başqalarının qiyamını misal çəkmək olar. Bəziləri də həqiqi İslam maarifi və mədəniyyətini təbliğ etmək və insanları maarifləndirmək üçün mövcud şəraitdən layiqincə bəhrələndirlər.

İmam Hüseynin (ə) övladları, o cümlədən, İmam Səccad (ə), İmam Baqir (ə), İmam Sadiq (ə) və digər şiə imamları sonuncu zümrəyə daxildirlər. Onlar Kərbəla inqilabının fəlsəfəsi və digər ülvi məqsədlərindən kifayət qədər və layiqincə bəhrələnərək, onun sayəsində yaranan fürsətləri qənimət bildilər. Yezid hakimiyyəti də İslam ümmətinin nifrətini qazanaraq, müxtəlif qiyamlarla üzləşdi və beləcə, Əməvilər hakimiyyəti tamamilə zavala uğradı və nəhayət, 132-ci hicri-qəməri ilində əbədi olaraq tarixin zibilliyinə atıldı. (“İnqilabi-Kərbəla əz didqahe əhli-sünnə – Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, səh.271-273.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru