Dmitri Roqozin Yerevana “İsgəndər” sisteminin göndərilməsinin səbəblərini İlham Əliyevə açıqlayacaq

Dmitri Roqozin Yerevana “İsgəndər” sisteminin göndərilməsinin səbəblərini İlham Əliyevə açıqlayacaq

Dekabrın 15-də Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün Bakıya gəlir. Bundan başqa o, prezident İlham Əliyevlə görüşəcək.
 
Tərəflər iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini, həmçinin bu yaxınlarda Ermənistana “İsgəndər-M” operativ-taktiki kompleksinin göndərilməsini müzakirə edəcəklər. Bu barədə bu gün Moskvanın “Kommersant” qəzeti məlumat yayıb.
 
Qəzet bildirib ki, Roqozin dekabrın 16-na planlaşdırılan iclasdan bir gün öncə gələcək və cümə günü danışıqlarda iştirak edəcək.
 
RF Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsinin  məlumatına görə, ümumi əməkdaşlıq məsələləri ilə yanaşı səfər çərçivəsində iki tədbir mühüm yür tutur: Roqozinin Əliyevlə görüşü və silah ixracı haqda danışıqlar.
 
Rusiya nümayəndə heyətinin əsas vəzifələrindən biri Ermənistana “İsgəndər” operativ-taktiki raket kompleksinin göndərilməsilə bağlı Moskvanın mövqeyinin açıqlanması olacaq. “Azərbaycanlı tərəfdaşlar Dağlıq Qarabağ problemi kontekstində hadisələrin bu cür inkişafına olduqca mənfi reaksiya verublər”, - nazirlikdəki mənbə qeyd edib.
 
KİV-in məlumatına görə, KTMT-yə silah göndərilməsi  haqda sazişin əsasında payızda erməni ordusuna bir divizion “İsgəndər” kompleksi verilib. Bu ixrac heç vaxt rəsmən təsdiqlənməyib. Lakin 2016-cı ilin sentyabrında Ermənistanın müstəqilliyinin 25 illiyi münasibətilə Yerevanda keçirilən hərbi paradın məşqləri zamanı bu sistemə məxsus  qurğular gözə dəyib.
 
Qeyd edək ki, Roqozin Bakıya İsrailin baş naziri Netanyahunun səfərindən dərhal sonra gəlir. Israil Azərbaycan üçün alternativ silah tədarükçüsüdür. Çox güman ki, Moskva Bakıya elə bir təklif edəcək ki, bundan imtina etmək çətin olacaq: Azərbaycana “İsgəndər”dən müdafiə sistemini satmaq.
 
 Hər iki tərəfə silah satmaq yolunu tutmaqla Moskva Bakı və Yerevanla manipulyasiya edir. Ermənistanı silahlandıran Moskva Bakını bundan müdafiə sisteminə yüz milyonlarla dollar xərcləməyə sövq edir. İndiki halda, söhbət “İsgəndər” raketini zərərsizləşdirməyə qadir olan “C-400” sisteminin göndərilməsindən gedir.
 
Rusiyanın bu cür taktikası leqal şəkildə Azərbaycandan böyük vəsait qopararaq onu öz girovuna çevirir. Bunun nə qədər davam edəcəyi, Bakının bu oyunları oynamağa və moskvalı məmurları yedizdirməyə razı olub-olmayacağı məlum deyil.(contact.az)

Google+ WhatsApp ok.ru