Günün hədisi: Ən böyük bayram

Günün hədisi: Ən böyük bayram

Maide.Az günün hədisini təqdim edir:
 
Əbdürrəhman ibn Salim atasından nəql edir ki, İmam Sadiqdən (ə) soruşdum:
 
هَلْ لِلْمُسْلِمِینَ عِیدٌ غَیرُ یوْمِ الْجُمُعَةِ وَالْاَضْحَی وَالْفِطْرِ؟
 
“Müsəlmanlar üçün “Fitr”, “Qurban” və “Cümə” günlərindən əlavə, digər bir bayram günü də varmı?”
 
İmam (ə) buyurdu:
 
نَعَمْ، اَعْظَمُهَا حُرْمَةً
 
“Bəli, məqam və hörmət baxımından onlardan da böyük bir bayram vardır.”
 
Soruşdum:
 
وَاَی عِیدٍ هُوَ جُعِلْتُ فِدَاكَ؟
 
“Sənə qurban olum! Hansı gün?”
 
İmam (ə) buyurdu:
 
اَلْیوْمُ الَّذِی نَصَبَ فِیهِ رَسُولُ اللهِ ‌‏صلی‏الله‏علیه ‏وآله اَمِیرَالْمُؤْمِنِین...
 
“Rəsulullahın (s) Əmirəlmöminini (imamət və xilafətə) təyin etdiyi gün...!”
 
”Mən-lə yəhzuruhul-fəqih”, c.2, səh.90.
 

Google+ WhatsApp ok.ru