DİN: Bakıdan giriş-çıxış yalnız ‘icaze.e-gov.az’ portalında qeydiyyatdan sonra həyata keçiriləcək

DİN: Bakıdan giriş-çıxış yalnız ‘icaze.e-gov.az’ portalında qeydiyyatdan sonra həyata keçiriləcək

Avqustun 5-dən Bakıdan rayonlara “icaze.e-gov.az” saytında qeydiyyatdan keçmiş və icazəsi olan şəxslər gedə biləcəklər.
 
Bu barədə DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimi avqustun 31-dək uzadılır. Bununla yanaşı, Bakıda və daha 13 şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi fəaliyyət göstərir.
 
Həmin şəhərlərdə və rayonlarda giriş-çıxışa nəzarəti polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları həyata keçirəcəklər.
 
Postlardan “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmiş şəxslər və nəqliyyat vasitələri buraxılacaq,  DİN-in nümayəndəsi bildirib.
 
Lakin məlum olmur ki, bundan öncə “icaze.e-gov.az” portalında verilmiş icazələr avtomatik olaraq uzadılacaq, ya yox. O da məlum deyil ki, icazəni arzu edənlərin hamısı alacaq, yoxsa öncədən bu icazəsi olan şəxslər və təşkilatlar ala biləcək.
 
Eyni zamanda avqustun 3-də keçirilən brifinqdə ASAN xidmətin rəhbəri Ülvi Mehdiyev tammailə bunun əksini deyib: rayonlara səfər üçün portalda qeydiyyat lazım deyil, yazılı ezamiyyət vəsiqəsi lazım olacaq.  

Google+ WhatsApp ok.ru