DİN: Rafiq Hüseynov Goranboyda ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edib 01 Oktyabr 2014 01:00 Ölkə Oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib. Bu barədə Trend DİN-in mətbuat xidmətinə istinadən məlumat verib. R.Hüseynov könüllü olaraq Goranboy RPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib. / Teqlər : #DİN: Rafiq Hüseynov Goranboyda ailəməişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb Goranboyda baş verən kütləvi qətlin təfərrüatları məlum oldu