Dünən 33-cü Böyük Qayıdış yürüşü 1 itki ilə yekunlaşıb, 37 nəfər yaralanıb (FOTO)

Dünən 33-cü Böyük Qayıdış yürüşü 1 itki ilə yekunlaşıb, 37 nəfər yaralanıb (FOTO)

Dünən Qəzza sektorunda keçirilmiş 33-cü Böyük Qayıdış yürüşü zamanı işğalçı İsrail snayperləri etiraçıları növbəti dəfə atəşə tutublar.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, gülləbaran nəticəsində bir fələstinli gənc həlak olub, 37 nəfər yaralanıb.
 
Bu barədə məlumat verən Qəzza Səhiyyə Nazirliyinin mətbuat katibi Əşərf əl-Qidranın sözlərinə görə, həlak olan şəxs 28 yaşlı Rami Vail İshaq Qəhmandır. O, sektorun cənub hissəsində - Rəfah rayonu ərazisində snayper tərəfindən boynundan vurulur. Ağır yaralanmış gənci Qəzza-Avropa hospitalına çatdırsalar da, orada dünyasını dəyişib.
 
Ə.Qidra, həmçinin bildirib ki, işğalçı ordu etirazçılara həqiqi döyüş güllələrilə atəş açıb. Yaralılar arasında 6 uşaq, 9 qadın və 1 qadın tibb işçisi də var. Fələstin Qudeyh adlı tibbi yardım xidmətinin əməkdaşı ayağından vurulub.
 
Bildirək ki, Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, bugünədək etiraz yürüşləri zamanı 221 fələstinli işğalçı İsrail rejim qüvvələri tərəfindən öldürülüb, yaralıların sayı isə 24 min nəfərə yaxındır.
 
Qeyd edək ki, dünənki Böyük Qayıdış yürüşünə Qətər səfiri Məhəmməd əl-İmadi də qatılıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru