DİN DYP maşınına ziyan vuran şəxs barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Yol Patrul Xidməti (YPX) avtomobilinin müxtəlif hissələrini çəkiclə sındıran şəxslə bağlı məlumat yayıb. Bu barədə Maide.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib. Yol Patrul Xidməti avtomobilinin müxtəlif hissələrini çəkiclə sındırmış Bakı şəhər sakini Şahin Bəylərovdan 302,477 qr heroin götürülmüşdür Fevralın 17-də saat 14 radələrində Nərimanov rayonunun G.Qədirbəyova küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Bəylərov həmin ərazidə xidmət aparan “BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırmışdır. Ş.Bəylərov Nərimanov RPİ 18-ci PB əməkdaşları tərəfindən saxlanılmış və sərxoş halda olması müəyyən edilmişdir. Ondan 302,477 qram heroin götürülmüşdür.

Google+ WhatsApp ok.ru