DİN Mehman Hüseynovu məhkəməyə verdi

DİN Mehman Hüseynovu məhkəməyə verdi

Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.
 
Bu haqda Modern.az-a M.Hüseynovun hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.
 
O qeyd edib ki, xüsusi ittiham qaydasında şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır:
 
“Məhkəmə hazırlıq iclası sabah saat 10.00 a təyin olunub. Xüsusi ittiham qaydasında şikayət bizə verilmədiyi üçün Mehman Hüseynovun vəkili olaraq məhkəmə iclasını təxirə saldıracam”.
 
Qeyd edək ki, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə təqsirli bilinərək saxlanılmışdı. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə bloqqer 200 manat cərimələnərək sərbəst buraxılıb. M.Hüseynov mətbuata verdiyi açıqlamada polislərin onunla pis rəftar etdiyini, fiziki zorakılığa məruz qaldığını, başına torba keçirildiyini deyib. /

Google+ WhatsApp ok.ru