Dünya əhalisinin üçdə ikisi tibbi xidmətdən məhrumdur

Deyerler.org-un "Dunyabulteni" saytına istinadən verdiyi xəbərə görə, mütəxəssilər kasıb və orta gəlirli ölkələr kateqoriyasına daxil olan 100-dən artıq ölkəni əhatə edən bir araşdırma nəticəsində bu qənaətə gəliblər.
Araşdırmada, 25 ildə səhiyyə sahəsində qeyd edilən inkişaflara baxmayaraq, dünya əhalisinin, təxminən üçdə ikisi etibarlı və əl çatımlı tibbi imkanlarından istifadə etmədiyi məlum olub.
Müxtəlif ölkələrdən olan 25 mütəxəssisin bir ildən artıq bir müddət ərzində xəstələr və tibbi personaldan əldə etdiyi göstəricilərə əsasən, appendisit kimi asand müalicə olunan və əməliyyat tələb olunan xəstəliklər səbəbindən və ya doğuş zamanı milyonlarla insanın öldüyü aşkarlanıb./
 

Google+ WhatsApp ok.ru