Dünya əhalisinin sayı və artım tempi açıqlandı

Dünya əhalisinin sayı və artım tempi açıqlandı

BMT-nin müəyyən kriteriyalara uyğun apardığı araşdırmalara əsasən 2017-ci ildə dünya əhalisinin sayı ən azı 7.6 milyard nəfərdir.
 
Təşkilat dünyada insan sayının 2050-ci ildə 9.8, 2100-cü ildə isə 11.2 milyardı keçəcəyini bildirir. Hesabata görə, hər il dünyada 83 milyon insan doğulur.
 
Araşdırmada dünya əhalisinin artım tepminin getdikcə aşağı düşəcəyi də qeyd edilib. Ayrı-ayrı ölkələrlə bağlı əldə edilən statistik göstəricilər Hindistan əhalisinin gələcəkdə Çini üstələyəcəyini deməyə əsas verib.
 
Hazırda 7-cı sırada yer alan Nigeriya isə 2050-ci ildə dünyanın 3-cü ən böyük əhalisi olan ölkə olacaq.
 
Qardaş ölkə - Türkiyənin isə əhalisinin sayı 2050-ci ildə 95 milyona çatacaq.
 
Lakin 2100-cü ildə isə bu rəqəm azalaraq 85 milyona enəcək. (axar.az) /

Google+ WhatsApp ok.ru