Dünya əhalisinin uçdə ikisi şəhərdə yaşayacaq - 2050-ci ildə

Dünya əhalisinin uçdə ikisi şəhərdə yaşayacaq - 2050-ci ildə

-- meqa şəhərlərin sayı 43-ə çatacaq

2050-ci ilə qədər daha 2,5  milyard insan şəhərdə yaşamağa başlayacaq. Beləliklə dünya əhalisinin uçdə ikisinin şəhərdə yaşayacağı gözlənilir.

Maide.Az "ntv.com.tr"-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial İşlər İdarəsinin təxmini hesablamalarına görə 2050-ci ilə qədər 2,5 milyard insanın şəhər əhalisinə əlavə ediləcəyi gözlənilir. Beləliklə dünya əhalisinin 68 faizinin şəhərdə yaşayacağının təxmin edildiyi qeyd edilir.

1990-cı ildə 10 milyondan çox əhalisi olan sadəcə 10 meqa şəhər olduğunu bildirən hesabat, 2030 -cu ilə qədər meqa şəhərlərin sayının 43-ə çatacağını qeyd edib. 

 Hesabatda, Asiyada əhalinin yarısının, Şimali Amerikada əhalinin 82 faizinin  və Avropada əhalinin 74 faizinin şəhərdə yaşadığı qeyd edilib.

2050-ci ilə qədər Hindistandakı şəhər əhalisinə 416 milyon, Çindəki şəhər əhalisinə 255 milyon və Nigeriyadakı  şəhər əhalisinə 189 milyon nəfər artacağı gözlənilir.

Hesabatda həm də 2028-ci ilə qədər Hindistanın paytaxtı Yeni Dehlinin əhalisinin (29 milyon) Yaponiyanın paytaxtı Tokyonun əhalisini (37 milyon) keçməsinin gözlənildiyi qeyd edilib.

Google+ WhatsApp ok.ru