Dünya əhalisini böyük bəla gözləyir

Dünya əhalisini böyük bəla gözləyir

Britaniyalı ekspertlər belə qənaətə gəliblər ki, yeni yaranan bakteriyalar antibiotiklərə qarşı dözümlü olacaq.
 
Məhz ona görə də 2050-ci ildə bu bakteriyalardan ölənlərin sayı xərçəng və şəkər xəstəliklərindən ölənlərin sayından çox olacaq.
 
Maide.Az "Sputnik"-ə istinadla xəbər verir ki, məhz buna görə də hətta adi əməliyyatlar təhlükəli olacaq.
 
Artıq bu bakteriyalar tək Avropada 25 min ölümə səbəb olur. 30 il sonra isə bu rəqəm 10 milyona çatacaq.
 
Alimlərin fikrincə, bu bakteriyalara qarşı mübarizə güclənməlidir. Əks halda bir neçə ildən sonra insanları böyük fəlakət gözləyir.

Google+ WhatsApp ok.ru