Dünya Bankı: Miqrantlar Avropa və Mərkəzi Asiyanın iqtisadi problemlərini həll edə bilərər

Dünya Bankı: Miqrantlar Avropa və Mərkəzi Asiyanın iqtisadi problemlərini həll edə bilərər

Avropa və Mərkəzi Asiyanın son illərdə pisləşən demoqrafik vəziyyətini və azalan iqtisadi tempini miqrasiya xilas edə bilər.

Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, bu barədə Dünya Bankının hazırladığı məruzədə deyilir.

Sənəddə qeyd edilir ki, miqrantlar əmək qabiliyyətinə malik yaşda adamlardır.

Onların işçi qüvvəsi hesabına iqtisadiyyatı dirçəltmək və istehlası artırmaq mümkündür.

Dünya Bankının verdiyi məlumata görə, Avropada son illər miqrantların sayı xeyli artıb.

"Bu gün dünyadakı hər 3-cü miqrant Avropaya getməyi seçir. Avropa və Mərkəzi Asiyaya köçmə tempi yüksək olaraq qalır. Buna münasibət bəzən mənfi olur. O səbəbdən ki, işsizlər ordusunun artması, yaşayış yeri tapıb yerləşdirmə kimi məsələlər ortaya çıxır."

Google+ WhatsApp ok.ru