Dünya Bankı 2016-cı il üçün neftin orta qiymətinin proqnozunu artırıb

Dünya Bankı 2016-cı il üçün neftin orta qiymətinin proqnozunu artırıb

Dünya Bankı  2016-cı il üçün neftin orta qiymətinin proqnozunu artırmağı qərara alıb.
 
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, DB neftin bir barelinin orta qiymətinin proqnozunu  2016-cı il üçün iki dollar artıraraq 43 dollara yüksəldib.  
 
Məlumata görə, qərara səbəb ikinci rübdə tədarükün azalması və tələbatın artması olub.  
 
Həmçinin, Kanadada tüğyan edən yanğınlar və Nigeriyada neft infrastrukturundakı problemlər də qərarın verilməsinə təsir edib.   
 
Bundan əvvəl ABŞ Energetika Nazirliyi  neftin orta qiymətinin proqnozunu artırıb.
 

Google+ WhatsApp ok.ru