Dünya bazarında ABŞ nefti cüzi ucuzlaşıb

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,04 dollar və ya 0,08% ucuzlaşaraq 52,74 dollar təşkil edib.
Birjalarda "Brent" markalı neftin qiymətində isə müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,31% yaxud 0,18 dollar irəliləyərək 58,73 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 60 dollar/barel olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru