Dünya bazarında neft bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,11 dollar bahalaşaraq 1 barelə görə 95,69 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,59 dollar artaraq 102,66 dollar olub.
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti London birjasında 0,01 dollar bahalaşaraq 104,35 dollar təşkil edib.

Google+ WhatsApp ok.ru