Dünya birjalarında neft bahalaşıb

 Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar artaraq 49,77 dollar təşkil edib.
 
"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,28 dollar artaraq 50,02 dollar olub.

Google+ WhatsApp ok.ru