Dünya birjalarında neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

Neftin qiyməti 52 həftəlik maksimumu yeniləyib.
Dünya birjalarında neft bahalaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar artaraq 53,02 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar artaraq 55,16 dollar olub.
Bununla da neftin qiyməti 52 həftəlik maksimumu yeniləyib. Belə ki, sonuncu dəfə 2015-ci ilin iyulunda “qara qızıl”ın qiyməti bu həddə olub.
Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının artması xəbərindən sonra ucuzlaşan “qara qızıl”ın sonradan bahalaşmasına səbəb kimi OPEC ölkələrinin hasilatın müəyyən səviyyədə dondurulması ilə bağlı qərarı göstərilir. (apa) 
 
 
Azərbaycan nefti isə ucuzlaşıb
Azeri LT CIF markalı neftin qiyməti 55,42 dollar/barelə düşüb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,81 dollar və yaxud 1,44% azalıb.
"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 55,42 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. (report) /

Google+ WhatsApp ok.ru