Dünyaca məşhur `Yusif Peyğəmbər` filminin rejissoru vəfat etdi - FOTO

Maide.az xəbər verir ki, dünyaca məşhur "Yusif Peyğəmbər (ə)" filminin azərbaycanlı rejissoru Fərəcullah Sələhşur dünyasını dəyişib. O, uzun müddət imiş ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkirmiş. Aparılan bütün müalicələrə baxmayaraq, bu gün səhər saatlarında tanınımış rejissor haqq dünyasına qovuşub.

Xatırladaq ki, 2008-ci ildə çəkilən "Yusif Peyğəmbər (ə)" serialı Azərbaycan tamaşaçıları tərəfindən də çox müsbət qarşılanıb. Təkcə bunu demək kifayətdir ki, filmin Azərbaycanda nümayişindən sonra bu günə kimi də ölkədə ən çox qoyulan uşaq adları arasında Yusif birinci yerdədir. Serial Yusifin atasından ayrı düşməsindən, qul olaraq satılmasından, Züleyxanın ona qarşı məhəbbətindən, kahinlərə qarşı mübarizə aparmasından, firon ilə görüşməsindən və sonda atası ilə görüşməsindən bəhs edilir. Bu film Yusif Pеyğəmbərin (ə) qissəsinə tarixi-dini yanaşmaları əks еtdirməklə, qədim Misirin Amarna tarixi dönəmində, IV Amеnhotеpin hakimiyyəti zamanı baş vеrən hadisələri canlandırır. Filmin çəkilib başa çatmasından sonra Həzrəti Yusif (ə) rolunu canlandıran Mahmud Zəmani TV kanalların mükafatlarını qazanmışdır."Həzrəti Yusif (ə)" teleserialı Türkiyədə "Star TV" və "Kanal 7", Azərbaycanda isə Space TV və "İnterAz TV" kanallarında yayımlanmışdır. "Həzrəti Yusif (ə)" serialının istehsal müdiri Mühəmməd Sadiq Azildir. Serialın səs operatoru Əhməd Əmiri, səs rejissoru isə Rza Nərmizadədir. "Həzrəti Yusif (ə)" televiziya serialının büdcəsi təxminən 2 milyon ABŞ dolları həcmində olub.

Google+ WhatsApp ok.ru