Dünyaca məşhur Sami Yusuf İranda konsert verəcək

Dünyaca məşhur Sami Yusuf İranda konsert verəcək

Dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf Təbrizdə və Tehranda konsertlə çıxış edəcək. 
 
Maide.Az İranın Mehr agentliyinə istinadən xəbər verir ki, hazırda bu müğənninin  İrana səfər etməsi və konsert təşkil etməsi ilə bağlı ilkin razılıq əldə olunub və  danışıqlar davam etdirilir. 
 
S.Yusifin Tehranda açıq havada konsert təşkil edəcəyi gözlənilir.  
 
Xəbərdə bildirilir ki,  Sami Yusif həmçinin İmam Rza (ə) ziyarət etmək məqsədi ilə Məşhəd şəhərində olacaq. 
 
Müzakirələrin detallarının daha sonra açıqlanacağı bildirilib. 
 

Google+ WhatsApp ok.ru