Dünyada 132 milyon insanın humanitar yardıma ehtiyacı var 05 Dekabr 2018 10:47 Dünya 2019-cu ildə dünyada ümumilikdə 132 milyon insanın humanitar yardıma ehtiyacı olacaq. Maide.Az "Oxu.Az"a istinadən xəbər verir ki, bununla bağlı BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lokok keçirdiyi brifinqdə deyib. “BMT və beynəlxalq humanitar təşkilatın məqsədi ərzağa, sığınacağa, səhiyyə və təhsil xidmətlərinə ehtiyacı olan 94 milyon insana humanitar yardım göstərməkdir”, - M.Lokok bildirib. BMT-nin yaydığı məlumatda qeyd edilib ki, Suriya istisna olmaqla, humanitar yardım göstərmək üçün dünya ictimaiyyəti 21,9 milyard dollar ayırmalıdır, bunlardan dörd milyardı Yəmənə, 900 milyonu isə Arakan və Banqladeşdən olan qaçqınlara verilməlidir. Baş katibin sözlərinə görə, Suriya əhalisinə humanitar yardım göstərilməsi üçün dörd milyard dollara yaxın maliyyə lazımdır. Beləliklə, 2019-cu ildə humanitar yardım üçün 25 milyard dollar vəsait ayrılmalıdır. Bu ilin noyabrın ortalarına qədər BMT-nin donor ölkələri 13,9 milyard dollar ayırıb ki, bu da ötən illə müqayisədə 10 faiz çoxdur. Teqlər : #Dünyada,#132,#milyon,#insanın,#humanitar,#yardıma,#ehtiyacı,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məkkədə karlar üçün xüsusi namazxana istifadəyə verilib Rusiyanın XİN rəhbəri Bakıya səfər edəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO