Dünyada 2018-ci ildə 4476 nəfər köç edərkən ölüb

Dünyada 2018-ci ildə 4476 nəfər köç edərkən ölüb

Çətin sosial durum, iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlər, siyasi təzyiq, zorakılıq və qarşıdurma səbəbindən bu il də yüz minlərlə insan ana vətənlərini tərk etmək məcburiyyətində qalıb. Dünyada 2018-ci ildə 4 min 476 nəfər köç edərkən dünyasını dəyişib.
 
Maide.Az bildirir ki, FaktXəbər-in məlumatına görə, bu il köçə məcbur qalanların başında ölkələrindəki müharibədən qaçan suriyalılarla yanaşı, Orta və Cənub Amerikada siyasi təzyiq və pis iqtisadi şərtlər üzündən ölkələrindən mühacirət edənlərlə Yəməndən zorla yerlərindən qovulanlar gəlir.
 
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) hesabatına əsasən, 2018-ci ildə insanların köç etmək səbəbləri əsasən qarşıdurma və pis iqtisadi şərtlərdir. IOM göstəriciləri görə, miqrasiya sayında azalma baş versə də, zorakılıq və qarşıdurmadan yaranan köçlərin keçən ilə nisbətən bu il təxminən 30 faiz artdığı görünür.
 
Avropaya köç
 
Ötən illə müqayisədə dəniz marşrutundan istifadə edərək Avropaya getməyə çalışan adam sayı bu il 27 faiz azalıb.
 
IOM-yə görə ölkələrini daha yaxşı həyat üçün könüllü olaraq və ya müharibə, təbii fəlakət və siyasi təzyiqlər kimi səbəblərlə məcburən tərk edən 135 min 607 nəfər bu il Avropaya mühacirət edib. Bunların 111 min 237-si dəniz yolu, 24 min 370-i isə qurudan Avropa qitəsinə keçməyi bacarıb.
 
Suriya başda olmaq üzrə Tunis, Eritreya, Pakistan, İraq, Konqo, Əfqanıstan, Mərakeş və Mali kimi münaqişə bölgələrinin sıx olduğu ölkələrdən Avropaya mühacirət edənlər, xüsusən ilk təyinat yerləri olan İtaliya, İspaniya, Yunanıstan və Bolqarıstanda həyat mübarizəsi aparırlar.
 
Orta və Cənubi Amerikanın çətin ili
 
Cənubi və Mərkəzi Amerika ölkələrindən yüz minlərlə insan siyasi təzyiq, aclıq, zorakılıq və münaqişələr səbəbilə ABŞ və Kanadaya mühacirət etməyin yollarına baş vurub. Bu ölkələrdən kütləvi şəkildə yola çıxan qaçqınlar və ABŞ prezidenti Donald Trampın ölkəyə gələcək qaçqın sayına məhdudiyyət qoymaq siyasəti, ABŞ sərhədinin 2018-ci ildə miqrasiya fəallığının ən sıx baş verən yerlərdən biri olmasına səbəb olub.
 
ABŞ Gömrük və Sərhəd Təhlükəsizliyinin məlumatlarına görə, 2018-ci ilde 396 minə qədər adam ölkəyə qeyri-qanuni şəkildə girdikləri üçün saxlanılıb. Digər tərəfdən, təxminən 125 min nəfər Orta və Cənubi Amerika ölkələrindəki sosial durumdan qaçaraq sığınacaq istəyi ilə ABŞ sərhədinə üz tutub, ancaq bu şəxslərin ölkəyə girişinin qarşısı alınıb.
 
Bununla yanaşı böyük qismi Honduras olmaqla Qvatemala və El-Salvador kimi Orta Amerika ölkələrindən yola çıxaraq Meksikanın sərhəd şəhəri Tijuanaya bu il 9 minə yaxın insan gəlib. Onlar hələ də ABŞ-ın qapılarını onların üzlərinə açacağı günü gözləyirlər.
 
İqtisadi böhranla üzləşən Venesuelada bu il ciddi şəkildə kütləvi köç olub. IOM-yə görə, 2018-ci ildə gündə orta hesabla 6 min venesuelalı başda Kolumbiya və Braziliya olmaqla qonşu ölkələrə mühacirət edib.
 
Dünyanın ən kasıb ölkələri arasında yer alan Yəmənə təxminən 4 il əvvəl Səudiyyə rejiminin təcavüzü nəticəsində baş verən müharibə ilə böyüyən böhran 2018-ci ildə ciddi həddə çatıb. Yəməndə bu il təxminən 540 min nəfər evlərindən çıxmaq məcburiyyətində qalıb. Bununla yanaşı, ölkədəki minlərlə efiopiyalı və somalili qaçqın da münaqişələr üzündən təxliyə olunub.
 
4 min 476 nəfər köç edərkən ölüb
 
Köç edərkən dünyasının dəyişən adamların sayı 2017-ci illə müqayisədə bu il 28 faiz azalsa da, köç yollarında baş verən faciəli ölümlər hələ də bəşəriyyətin mühüm problemlərindən biridir. IOM-nin hesabatına görə, 2018-ci ildə dünyada 4 min 476 nəfər köç edərkən dünyasının dəyişib.
 
Köç zamanı ölümlər son 4 ildir olduğu kimi bu il də ən çox Aralıq dənizində baş verib. Dənizdən xüsusilə Avropaya çatmağa çalışan 2 min 217 nəfər, əksəriyyəti dənizdə olmaqla köç edərkən ölüb.
 
Cənubi Amerikadan Şimali Amerikaya son illərdə artan miqrasiya dalğası bu bölgəni qaçqın, köçkün və qaçqın ölümlərində ikinci sıraya qaldırıb. Amerika qitəsindəki çətin həyat şərtlərinə görə, köç etmək məcburiyyətində qalan 511 nəfər dünyasını dəyişib.
 
Digər tərəfdən, 2018-ci ildə Afrikada 386, Asiyada 134, Orta Şərqdə 121 və Avropada da 107 nəfər çıxdıqları köç yolunda yol qəzası, qayıq və ya qayıq kimi nəqliyyat üçün istifadə etdikləri nəqliyyat vasitələrinin batması, zorakılıqlara məruz qalma və sağlamlıq problemlərinə görə ölüblər.

Google+ WhatsApp ok.ru