Dünyada 385 milyon uşaq səfalət içində yaşayır

Dünyada 385 milyon uşaq səfalət içində yaşayır

 

 
Dünyada 385 milyon uşaq səfalət içində yaşayır. BMT-nin Uşaq Fondu (UNİCEF) və Dünya Bankının birgə məruzəsində belə deyilir.
 
UNİCEF və Dünya Bankının araşdırması 89 ölkədə aparılıb. Aydın olub ki, dünyada yoxsul uşaqların sayı yoxsul böyüklərin sayından iki dəfə çoxdur.
 
2013-cü ilə olan vəziyyətə görə, inkişaf etmiş ölkələrdə yeniyetmələrin 19,5%-nin gündəlik xərci 1,9 dollar və ya bundan da azdır. Böyüklərin 9,2%-i oxşar durumdadır.
 
İnkişaf etmiş ölkələrdə 5 yaşa qədərki uşaqlar daha acınacaqlı vəziyyətdədir. Araşdırmaya görə, belə ölkələrdə 5 yaşlı uşaqların beşdə biri yoxsulluq içində yaşayır.
 
Məruzənin təqdimatı Vaşinqtonda olub. Təqdimat zamanı UNİCEF-in icraçı direktoru Entoni Leyk deyib ki, yoxsulluq uşaqların fiziki və əqli inkişafına istər-istəməz mənfi təsir edir: “Bu, təkcə onların gələcəyini məhdudlaşdırmır, həm də onların yaşadıqları cəmiyyətin inkişafına mane olur”. (Novator.az) /

Novator.az

 

Google+ WhatsApp ok.ru