Dünyada 500 milyon insan piylənmədən, 800 milyon isə aclıqdan əziyyət çəkir

Türkiyənin Antalya şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 30-cu Avropa Regional Konfransı keçirilib.

Deyerler.org xəbər verir ki, tədbirdə Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik, FAO baş direktoru Xose Qraziano Da Silva və digər dəvətlilər iştirak edib.

FAO-nun 30-cu Avropa Regional Konfransında danışan Faruk Çelik dünyada aclıq ilə bağlı bəzi məlumatları qeyd edib: "Dünyada aclıq təhlükəsi ilə üzləşən əhalinin nisbəti 1960-cı illərdə 35% idisə, bu gün 11% enmişdir. Müqayisə şəklində baxıldığında bu mühüm irəliləyiş kimi görmək mümkündür. Ancaq günümüzdə bir tərəfdə 500 milyon insan piylənmədən əziyyət çəkir, 800 milyon insan açlıq təhlükəsi ilə üzləşib. Ən varlı 62 insanın sərvəti dünyanın 3.5 milyard əhalisinnin sərvətinə bərabərdir. Hər il 1.3 milyard ton ərzaq israf edilsə də, 27-si Afrikada olmaqla 34 ölkə əhalisini təmin edəcək qədər ərzaq tapa bilmir. Bu cür aydın görünən təzadların olduğu dünya insan üçün təhlükəsiz sayıla bilməz"./

Google+ WhatsApp ok.ru