Dünyada 50 milyon insan bu xəstəlikdən əziyyət çəkir

Dünyada 50 milyon insan bu xəstəlikdən əziyyət çəkir

Dünyada 50 milyon insan demensiya xəstəliyindən əziyyət çəkir və bu rəqəm 2050-ci ildə 152 milyona çatacaq. 
 
Maide.Az “Anadolu”agentliyinə istinadla xəbər verir ki,  bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) öz hesabatında  bildirib. 
 
Xəstəliyin xüsusən yaşlı insanlar üçün əhəmiyyətli dərəcədə risk doğurduğunu bildirən hesabatda qeyd olunub ki, demensiya dünyada 7-ci ölüm səbəbidir. 
 
Məlumata görə, hər 3 saniyədə bir nəfər bu xəstəliyə tutulur.  Bu xəstəlik “21-ci əsrin kabusu” adlandırılıb. 
 
Xəstəliyin qlobal sağlamlıq və sosial böhranlardan biri olduğu qeyd olunub.
 
Qeyd edək ki, demensiya  - ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur. 
 
Demensiya psixi funksiyaların beynin xüsusən yaşlı insanlarda zədələnməsi nəticədə çökməsidir. Xalq arasında buna qocalıq ağlını itirmə də deyilir. 
 

Google+ WhatsApp ok.ru