Dünyada 50 milyon insanın işini itirməsi gözlənilir

Dünyada 50 milyon insanın işini itirməsi gözlənilir

Dünyanın 200-dən çox ölkəsinə yayılan və pandemiyaya çevrilən koronavirus epidemiyası səbəbindən bir çox ölkə sərhədlərini bağladı, uçuşları ləğv etdi və komendant saatları tətbiq etdi. Virusun yayılmasının qarşısını almaq üçün görülən bu tədbirlər, bir çox digər sektorlar kimi turizm sektorunu da iflic vəziyyətə saldı.
 
Maide.Az xəbər verir ki, 2014-ci ildə Rusiya iqtisadi böhranı, sonra Türkiyə-Rusiya arasında yaşanan təyyarə böhranı səbəbiylə çətin bir dövrdən keçən turizm sektoru müsbət dinamika göstərdiyi 2018-ci ildən sonra 52 milyon turist və 35 milyon dollar gəlir ilə 2019-ci ildə rekord vurdu.
 
Bu virusun yayılması ilə birlikdə ağla gələn ilk sual budur: Koronavirusün yayılması dünyada turizm sektoruna nə qədər zərər vurub və Türkiyənin bu zərərdə payı nə qədərdir?
 
"Mehr" agentliyi bu sualla Dünya Turizm Forumu İnstitutunun direktoru Bulut Bağcıya müraciət edib.
 
- Dünyada koronavirusun yayılması ilə əlaqədar turizm sektoru nə qədər zərər çəkdi?
 
- Araşdırmalarımıza görə, bu günə qədər turizm sahəsindəki iqtisadi itki 600 milyard dollardır. İlin sonunda rəqəmin ən az 1 trilyon dollara qədər artacağını gözləyirik. Turizmin təsir etdiyi sektorlarla birlikdə bu rəqəm 5 trilyon dollar olacaq.
 
- Dünyada turizmdən ən çox zərər çəkən hansı ölkədir?
 
- Turizmin inkişaf etdiyi bütün ölkələrdə böyük zərər var. Ölkənin adı çəkəsi olsaq, Cin, İtaliya və ABŞ deyə bilərəm.
 
- Koronavirus epidemiyasının yayıldığı bu müddətdə Türkiyədəki turizm işçilərinin işləri nə vəziyyətdə?
 
- Dünyada 50 milyon insanın işini itirməsi gözlənilir. Bu rəqəm Türkiyədə də yüksək səviyyədə olacaq.
 
- Mövcud vəziyyətdə Türkiyə koronavirus böhranından necə çıxmağı planlaşdırır və turistlərin Türkiyəyə marağını yenidən çəkmək üçün hansı tədbirlər tətbiq olunacaq?
 
- Türkiyədə tuzim sektoru dövlətin də dəstəyiylə böhrandan çıxacaq. Türk turizmi 17 ildə əhəmiyyətli bilik və təcrübə qazanıb. Turistlərin sayı 13 milyondan 46 milyon arasında dünya turizmində 6-cı yerə yüksəlib. Bunları nəzərə alaraq, hökumətimizin dəstəyi ilə böhrandan çıxacağımıza inanıram. Bütün ölkələrdən gələn qonaqlarımızı yenidən ölkəmizdə qəbul etmək üçün hökumətimizlə əməkdaşlıq edəcəyik.
 
- Türkiyədən İrana turistlər gəlməsi üçün işlər görülürmu? Nə üçün Türkiyəyə gedən iranlı turistlərin sayı çoxdur, amma İrana gələn türk turistlərin sayı daha azdır?
 
- Bununla əlaqədar İran hökuməti və turizm nazirliyi ilə birgə araşdırmalar aparırıq.
 
- Türkiyə bir dövr terror hücumlarına görə turizm sektorunda böhran yaşadı. Bu böhranı necə keçə bildiniz?
 
- O dövrdə Qlobal Turizm Forumu olaraq İstanbul, Antalya və Moskvada beynəlxalq tədbirlər təşkil etdik. Ölkələrlə xoş niyyət sazişləri imzaladıq. Dövrün hökumətindən də çox dəstək aldıq.

Google+ WhatsApp ok.ru