Dünyada şəbəkə avadanlığı bazarının lideri hansı şirkətdir?

Ötən il şəbəkə avadanlığı bazarında mövsümi artım baş verib. 
 
İKT.lent.az-ın məlumatına görə, bu barədə “International Data Corporation” (IDC) şirkətinin analitikləri ”Worldwide Quarterly Ethernet Switch Tracker” xüsusi hesabatında məlumat dərc ediblər.
 
Mütəxəssislər hesablayıb ki, 2015-ci ilin dördüncü rübündə "Ethernet (Layer 2/3)" kommutatorların satışı 6,4 milyard dollar təşkil edib. Bu isə illik göstərici ilə müqayisədə 3,2 faiz, rüblük göstəricidə isə 5,1 faiz çoxdur. Ötən ilin nəticələrinə görə, bazarın həcmi 1,9 faiz artıb.
 
Router istehsalçılarının 2015-ci ilin oktyabr-dekabr aylarında istehsaldan əldə olunan ümumi gəliri ötən 3 ay ilə müqayisədə 9,89 faiz, 2014-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz artıb. İDC araşdırmasında maliyyə göstəriciləri dəqiqləşdirilmədən deyilir ki, 2015-ci ildə routerlər bazarı 5,6 faiz artıb.
 
Kommutator bazarının liderlərinə gəldikdə, burada yenə də “Cisco” şirkətinin tayı-bərabəri yoxdur. 2015-ci ilin dördüncü rübü ərzində şirkət 59,2 faiz satış göstəricisi əldə edib. “Cisco”nu “Hewlett Packard Enterprise”, “Juniper” və “Huawei” şirkətləri təqib edir./

Google+ WhatsApp ok.ru