Dünyada ən yığcam kompüter təqdim edilib

“ASRock” şirkəti dünyada ən yığcam masaüstü kompüterlər kimi təqdim edilmiş “DeskMini” adlı yeni fərdi kompüter seriyasını nümayiş etdirib.
 
Bu, FK-lərin daxilində bu yaxınlarda “Intel” korporasiyası tərəfindən təqdim edilmiş yeni “mini-STX” standartına malik sistem lövhələrinin mövcudluğu ilə izah edilir.
 
“Mini-STX” və ya “mini-Socket Technology Extended” form-faktoru yalnız sistem lövhəsinin ölçülərinin yığcam olmasını deyil, həmçinin onun müasir prosessorlarla birgə istifadə imkanını nəzərdə tutur. Belə ki, 5x5 düym və ya 12.5x12.5 sm standart ölçülü sistem lövhəsi “Intel LGA 1151” konnektoru ilə təchiz edilə bilər ki, nəticədə ona “Intel” şirkətinin bütün müasir masaüstü prosessorları quraşdırıla bilər.
 
Maide.Az “ICTnews”-a istinadən xəbər verir ki, orta sinfə məxsus tam ölçülü sistem bloku səviyyəsində məhsuldarlığı təmin edən “ASRock DeskMini” kompüteri işçi masada az yer tutur, həmçinin sözügedən qurğunun sahibləri ona yeni prosessor quraşdıra və əməli yaddaşın tutumunu artıra bilərlər. Bundan başqa, yeni kompüterin korpusunda 2.5 düym form faktorda sərt disk və ya sərtgövdəli daşıyıcı üçün montaj paneli var. /

Google+ WhatsApp ok.ru