Dünyada ən çox  sevilən ad: Məhəmməd

Dünyada ən çox sevilən ad: Məhəmməd

“GulfNews” internet saytı dünyada uşaqların tərbiyəsi ilə məşğul olan internet saytlarının  statistikasına istinadən dünyada  yeni doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların statistikasını açıqlayıb. 
 
Maide.Az xəbər verir ki, dünyada oğlan uşaqlarına qoyulan adlarıniçərisində Məhəmməd (Mohammad) üstünlük təşkil edir. Qızlara qoyulan adlar arasında isə Sofiya üstünlük təşkil edir. Saytın  seçdiyi  20 ən çox sevilən adın içində Məhəmməd adı birinci gəlir. 
 
 
Sayt həmçinin  Ön Asiya  ölkələrində uşaqlara qoyulan   adların statistikasını da açıqlayıb. Belə ki, Ön Asiya ölkələrində uşaqlara ən çox Məryəm,Sara,Fatimə, Nur, Məhəmməd,Əli, Əhməd, Ömər və Yusif adları qoyulur. (abna)
 
 
 

Google+ WhatsApp ok.ru