Dünyada ən sürətli yayılan din İslamdır

Dünyada ən sürətli yayılan din İslamdır

İslam dünyada ən sürətlə yayılan dindir.  Bunu  İbn Haldun Universitetinin rektoru  professor Receb Şəntürk deyib. 
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki,  R.Şəntürk qeyd edib ki,  İslam Avropa və Amerikada ən geniş yayılan ikinci dindir, Afrikada sürətlə yayılır, Uzaq şərqdə və Rusiyada geniş yayılır. 
 
Ərzurumda Diplomatiya Akademiyasında "Açıq sivilizasiya İslamın gələcək vizionu" mövzulu konfransda çıxış edən R.Şəntürk bildirib ki, Islam dininin yayılması bu sürətlə davam edərsə 50 il sonra  Avropa və ABŞ-ın  əksəriyyəti müsəlman ola bilər.
 
Qeyd edək ki,  son iyirmi ildir dünyada müsəlmanların sayında stabil artım müşahidə olunub. Statistik göstəricilərə görə, 1973–cü ildə müsəlmanların sayı 500 milyon idisə, bu gün bu rəqəm 1.6 milyarda çatıb. Hər dörd nəfərdən birinin müsəlman olduğu bu gündə, müsəlmanların sayının ilk dəfə xristianları keçdiyi bildirilir. Bu sayın yaxın gələcəkdə daha da artacağı və İslamın dünyanın ən böyük dini olacağı təxmin edilir. Bu stabil yüksəlişin səbəbi təkcə müsəlman ölkələrinin əhalisinin sürətlə artması deyil, həmçinin digər dinlərdən və mədəniyyətlərdən əksər insanın İslamı seçməsidir.

Google+ WhatsApp ok.ru