Dünyada aclıq həddində olan insanların sayı açıqlanıb

Dünyada aclıq həddində olan insanların sayı açıqlanıb

Hazırda dünya ciddi humanitar bir böhranla qarşı-qarşıyadır.
 
Bu barədə Avropa komisiyyası məlumat yayıb. Onlar bildiriblər ki, 2015-ci illə müqayisədə 2016-cı ildə dünyada aclıq çəkənlərin sayı 108 milyona çatıb. 
Dünyada aclıq çəkən insanların əsasən müharibə ocaqları olan yerlərdə olduğu məlum olub.
Dəhşətli humanitar  böhranlar İraqda, Suriyada, Somalidə və Yəməndə yaşanır.
 
Hazırda Yəməndə Səud koalisiyasının müdaxiləsi ilə 22 əyalətdən 20- dənəsi aclıq içindədir.
 
Hazırda Yəməndə aclıq çəkən insanların sayı 28 milyonu ötür.
 
Beynəlxalq təşkilatların bütün səylərinə baxmayaraq dünyada 108 milyon insan aclıq içindədir. Ölüm həddinə çatmış bu aclıq böhranın ən ümdə səbəbi kimi silahlı münaqişələr və iqlim pozğunluğu göstərilir. (islaminsesi)
 

Google+ WhatsApp ok.ru