Dünyada diabetə tutulanların sayı 4 dəfə, Azərbaycanda isə 2 dəfə artıb - YENİLƏNİB

7 aprel - Ümumdünya Sağlamlıq Günüdür

Ümumdünya Səhiyyə Təşkilatı  elan edib ki,  dünyada  diabetə  tutulanların  sayı 1980-2014-ci illər ərzində  4  dəfə artıb.
 
Maide.az “Daily Mail”-ə istinadən xəbər verir ki,  ötən gün Ümumdünya Səhiyyə Təşkilatı dünyadakı diabet xəstələri haqqında hesabatını açıqlayıb.  Hesabata görə, hazırda  422 milyon nəfərin diabetdən əzyyət çəkdiyi bildirilir. 
 
Hesabatda  diabet  dünyanı kasıb ölkələrinin əsas  probleminə çevirildiyi vurğulanır.  Hesabatda deyilir  ki,1980 –cı  ildə  dünyada  diabet xəstələrinin sayı  108  milyon nəfər idisə bu rəqəm  2014-cü ildə 422 milyon nəfərə  çatıb. Hər il  diabetə  görə 3.7 milyon nəfərin öldüyü bildirilir və  vurğulanır ki, bununla bağlı  tədbirlər görülməzsə  say getdikcə  artır. 
 
Ümumdünya Səhiyyə Təşkilatı  diabetə yoluxmanın əsas  səbəbi kimi köklüyü göstərib.  200 ölkədə  4 milyon 400  min nəfərin üzərində  təhqiqat apardıqdan sonra əldə 7 aprel - Ümumdünya Sağlamlıq Günü  -münasibəti ilə açıqlanan hesabatda bildirilir ki, kişilər qadınlardan daha çox  diabetə tutulur.  İqtisadi durumu aşağı və ya orta olan ölkələr o cümlədən  Çin, Hindistan, Misir, İndoneziya, Pakistan və Mekzika kimi ölkələrdə diabetə tutulma halları daha çoxdur.  Avropanın şimal-qərb ölkələrində ocümlədən İsveçrə,  Avstrya, Belçika, Hollandiya və Danimarka kimi ölkələrdə bu xəstəliyə tutulanlar azdır.
 
Azərbaycanda vəziyyət ? 
 
Azərbaycana aid rəqəmlərdən görünür ki, ölkədə diabet xəstələrinin sayı 1980-ci illə müqayisədə iki dəfədən də çox artaraq 11 faizə çatıb. Xəstəliyin qadınlar arasında artımı kişilərlə müqayisədə xeyli yüksəkdir.
 
Azərbaycanda kişilərin 56, qadınların 58 faizinin çəkisi normadan artıqdır.
 
Piylənmə diabet xəstəliyinin əsas səbəblərindən biridir
 
Piylənmə kişilərin 18, 5 faizində, qadınların isə az qala 26 faizində qeydə alınıb. Azərbaycan üçün əhalinin fiziki hərəkətliliyi rəqəmləri verilməyib, halbuki bu, diabetin profilaktikası üçün mühüm kriteriyalardan biridir. Hərçənd hökumət göstərir ki, onun diabetlə mübarizə üçün milli hərəkət planı vardır, lakin anketin konkret tədbirlərlə bağlı sonrakı qrafaları suallara “yox” cavabı verir.
Məsələn, Azərbaycanda piylənmə və artıq çəkiyə qarşı konkret hökumət proqramı yoxdur. Əhalinin fiziki fəallığının artırılması tədbirləri qrafasında da “yox” yazılıb.
 
Azərbaycanda diabetlə bağlı siyasət hələlik yalnız xəstələrin qeydiyyatı və onların metformin və insulinlə təminatı ilə bitir.
 
Diabet xəstələrinin müayinə edilərək müalicənin daha yüksək səviyyəsinə keçirilməsi tədbirləri də qismən tətbiq olunur.
 
Diabet xəstələrində böyrək və gözün torlu qişasının vaxtaşırı müayinəsi təşkil edilməyib.
 
 
/
 

Google+ WhatsApp ok.ru