Dünyada hər il bir milyon nəfərdən çox insan hepatitdən həlak olur

Dünyada 300 milyon nəfər Hepatit B və 170 milyon hepatit C virusunun daşıyıcısıdır və hər il bir milyon nəfərdən çox insan Hepatitdən həlak olur. Bunu İranın Səhiyyə Nazirliyinin nümayəndəsi doktor Rza Salari deyib. 
Maide.az xəbər verir ki,  R.Salari deyib ki, hazırda 6 növ hepatit virusu var ki, onlardan hepatit A, B, C ən çox yayılanlardır. 
Onun sözlərinə görə hepatit B malariya və vərəm xəstəliklərindən sonra dünyada ən geniş yayılmış xəstəlikdir. 
O deyib ki, hepatit virusu ən çox Çində və Tayvanda geniş yayılıb. “Bu xəstəliyiin ən geniş yayıldığı bölgələr Asiyanın və Afriqanın bəzi bölgələrində  20 faizə qədər çatır”
O deyib ki, İranda əhalinin 3 faizində hepatit xəstəliyi var.  /
 
 

Google+ WhatsApp ok.ru