Dünyada hər il 14 milyon yeni onkoloji xəstə qeydə alınır, 8,8 milyonu vəfat edir

Dünyada hər il 14 milyon yeni onkoloji xəstə qeydə alınır, 8,8 milyonu vəfat edir

"Dünyada hər il 14 milyon yeni onkoloji xəstə qeydə alınır".
 
"Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları" mövzusunda konfransda Milli Onkologiya Mərkəzinin baş həkimi, baş onkoloq Azad Kərimli deyib.
 
O bildirib ki, hər il 8,8 milyon onkoloji xəstə dünyasını dəyişir: "2030-cu ilə qədər yeni xəstə sayının 24 milyona çatacağı bildirilir. Onkoloji xəstəliklərə düçar olanların sayı ölkəmizdə də ilbəil artır. Sayın artdığını deyib insanları təşvişə salmaq istəməzdim. Əhali arasında şayiə yayılır ki, xərçəng xəstələrinin sayı artır. Amma bu insanların düşündüyü qədər çox deyil. Tək onkoloji xəstəliklər deyil, digər xəstəliklər də artır. Burada qrafik göstəricilər, yəni əhalinin sayı nəzərə alınmalıdır. 2018-ci ildə 9 milyon 960 minə yaxın əhali var idisə, qeydiyyata alınan onkoloji xəstələrin sayı 49 mindən çox idi. Bu, elə də böyük rəqəm deyil. Ölkədə onkoloji xəstələrin sayının artdığını deyib insanları təşvişə salmaq istəməzdim. Əhali arasında şayiə yayılır ki, xərçəng xəstələrinin sayı artır. Amma bu insanların düşündüyü qədər çox deyil. Tək onkoloji xəstəliklər deyil, digər xəstəliklər də artır. Burada əhalinin sayı da nəzərə alınmalıdır".
 
A.Kərimov dünyada da onkoloji xəstələrin sayının artdığını, hər il 14 milyon yeni onkoloji xəstənin qeydə alındığını, 8,8 milyon onkoloji xəstənin dünyasını dəyişdiyini söyləyib.".
 
Baş onkoloq qeyd edib ki, 2013-2018-ci illərdə 32 rayonda əhali arasında profilaktik baxış keçirilib: "Baxış nəticəsində 32289 nəfər müayinə olunub. 982 nəfərdə onkoloji xəstəlik aşkarlanıb". /Report
 

Google+ WhatsApp ok.ru