Dünyada ilk beş ulduzlu sualtı kurort tikilir

Dünyada ilk beş ulduzlu sualtı kurort tikilir

Dubay şəhərində yerləşən süni arxipelaqda dünyada ilk beş ulduzlu “The Floating Venice” (Üzən Venesiya) sualtı kurortunun inşasına başlanıb.
 
AzərTAc xəbər verir ki, bu barədə layihənin icraçısı Dubayda daşınmaz əmlak sahəsində fəaliyyət göstərən “Kleindienst Group” şirkəti açıqlama verib.
 
İtaliyanın məşhur San-Marko meydanı formasını xatırladan tikiləcək kurort, dörd səviyyədə yerləşəcək 414 ayrı otaqdan ibarətdir. Onlardan 180-ı, həmçinin dünyada ilk üzən sualtı spa-salon və idman zalı, bir neçə magaza və restoranlar suyun altında yerləşəcək. Pəncərələrdən təkrarolunmaz mənzərə və mərcan qayəsi görünəcək.
 

Google+ WhatsApp ok.ru