Dünyada ilk dəfə insan başı transplantasiyası əməliyyatı Almaniyada keçiriləcək

Rusiyalı proqramçı Valeri Spiridonov “Səma” adlandırılan layihədə iştirak etməyə razılığını verib.
 
IslaminSesi Dailystar-a istinadən bildirir ki, əməliyyatın dəqiq tarixi açıqlanmasa da, milad bayaramına qədər reallaşcağı bildirilib. 
 
Əməliyyat Almaniyada keçiriləcək.
 
Bunu dünyanın ilk insan başı köçürülməsi əməliyyatını həyata keçirməyə hazırlaşan italiyalı neyrocərrah Sercio Kanavero açıqlayıb.
 
Donorun kimliyi hələlik açıqlanmır.
 
Qeyd edək ki, rusiyalı proqramçı Valeri Spiridonov “Səma” adlandırılan layihədə iştirak etməyə razılığını verib. /
 
“Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum Spiridonov müstəqil hərəkət etmək imkanından tamamilə məhrum olub. Əməliyyatın 36 saat davam edəcəyi bildirilib. 
 
Xatırladaq ki, bu əməliyyat fikri ortalığa atılandan tibb dünyası ikiyə bölünüb: Bir qrup bu işi avantüra, digərləri isə uğurla nəticələnə biləcək hadisə hesab edirlər. 

Google+ WhatsApp ok.ru