Dünyada ilk ofşor və heyətsiz gəmi suya buraxılacaq

Dünyada ilk ofşor və heyətsiz gəmi suya buraxılacaq

Fransanın “Bourbon” və onun Norveç tərəfdaşı “Automated Ships Ltd” şirkəti tarixdə ilk ofşor və heyətsiz gəminin layihəsini hazırlayıb və suya buraxmağı planlaşdırır.
 
Bu yaxınlarda hər iki tərəf qarşılıqlı razılaşma memorandumu imzalayıb. Tərtibatçılar avtonom ofşor gəminin ilkin prototipini yaradacaqlar. Layihənin reallaşdırılmasına Norveçin “Kongsberg” şirkəti də qoşulacaq.
 
Unikal “Hrönn”  layihəsinin əsas icraçısı ofşor gəmilərin istismarında böyük təcrübəsi olan “Bourbon” şirkətidir.
 
“Hrönn” layihəsinin gəmisi tək gövdəli olmaqla neft və qaz hasilatı sahəsində köməkçi əməliyyatların aparılması, tədqiqat işləri, həmçinin balıqçılıq sənayesi üçün nəzərdə tutulub. Heyətsiz gəminin digər tipli gəmilərlə birlikdə istismarı planlaşdırılır.
 
Layihənin büdcəsi və suya endirmə tarixi hələ açıqlanmır. (seanews) / 

Google+ WhatsApp ok.ru