Dünyada iqlim dəyişikliyi və qarşıdurmalar aclığı artırıb

Dünyada iqlim dəyişikliyi və qarşıdurmalar aclığı artırıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünyada münaqişələr və iqlim dəyişikliyinin təsiri ilə aclıq probleminin getdikcə artdığını müəyyən edib.
 
FAO-nun Beynəlxalq Kənd Təsərrüfatı İnkişaf Fondu (IFAD), UNİCEF, Ümumdünya Ərzaq Proqramı və Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə hazırladığı “Dünyada ərzaq təhlükəsizliyi və qidalanmanın vəziyyəti - 2017” hesabat dərc olunub.
 
Hesabatda 2015-ci ildə 777 milyon olan dünyadakı ac insanların sayının keçən il 815 milyona yüksəldiyi bildirilib. Asiyada təxminən 520 milyon aclıqdan əziyyət çəkən insan var. Afrikada 243 milyon, Latın Amerikası və Karib hövzəsi bölgəsində də 42 milyondan çox insanın aclıqla üzləşdiyi qeyd edilib.
 
Afrikanın 20%-i, Asiyanın 11,7%-i, Latın Amerikası və Karib hövzəsinin 6,6%-i aclıq problemindən əziyyət çəkir
Ərzaq təhlükəsizliyi xüsusilə səhraaltı Afrika, Cənub-şərqi Asiya və Qərbi Asiyada azaldı, ancaq bu vəziyyət münaqişələrlə yanaşı quraqlıq və ya sel kimi, fəlakətlərlə daha da pisləşib.
 
Münaqişələr və iqlim dəyişikliyi aclığın yenidən ortaya çıxmasına səbəb oldu. Dünyadakı ac insanların 489 milyonu münaqişə bölgələrində yaşayır. (deyerler) /

Google+ WhatsApp ok.ru