Dünyada işsizlərin sayı artacaq - Hesabat

Dünyada işsizlərin sayı artacaq - Hesabat

Bütün dünyada 470 milyon insan ya işləmir, ya da qismən məşğuldur.

 
Axar.az xəbər verir ki, bunu BMT yanında Beynəlxalq Əmək Təşkilatı yayıb.
 
Məlumata görə, hazırda bu, dünyanın işçi qüvvəsinin 13%-ni təşkil edir. Təşkilat kifayət qədər yaxşı iş yerlərinin olmamasının dünyada sosial iğtişaşlar yaratdığını bildirib.  
 
Bununla belə iqtisadi artımın zəifləməsinin iş yerlərinin sayını azaldacağı və nəticədə işsizlərin sayının artacağı vurğulanıb.

Google+ WhatsApp ok.ru